AZƏRBAYCANIM
Torpağına dikdi göz neçə yaxınlar,yadlar.
Sinən üstə yandırıb yaxdılar neçə odlar
Axır ki başın üstən getdi qara buludlar.
Sən ey canımda canım
Doğma Azərbaycanım.
Necə vəsf edim səni,gözəl,nazənin pəri
Adın bütün dünyada olub dillər əzbəri
Hələ çox görəcəksən toy, büsatlı günləri.
Ana yurdum,ünvanım,
Doğma Azərbaycanım.
Qoy ucalsın göylərə bayrağımız hər zaman
Arxanda dağlar kimi.durub Ali komandan.
Hər qarıs torpağına verrəm canımı qurban.
Damarda axan qanım
Doğma Azərbaycanım
Birləşsin Türkiyəmlə yumruq olsun qolunuz.
Iki bədəndə vuran vahid ürək olunuz.
Gələcək zəfərlərdə iwıqlansın yolunuz.
Mənim şöhrətim,şanım.
Vahid Azərbaycanım.
Müəllif: MƏLƏK.ƏLİQIZI