Xristianlıq tarixində ilk dəfə: Roma Papası İraqda - FOTO/VİDEO

18:37 05-03-2021 477

Katoliklərin dini lideri və Vatikan dövlət başçısı Papa Fransisk artıq Bağdaddadır.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, bu, 2013-cü ildə onun Papa Fransiskin 33-cü xarici səfərdir.

Eyni zamanda Fransisk Roma Katolik Kilsəsinin İraqı ziyarət edən ilk başçısı olacaq.

Səfər martın 8-nə qədər davam edəcək.

Proqram çərçivəsində ilk səfər Bağdada, martın 6-da Nəcəf və Ura, martın 7-də Ərbil şəhərlərinə olacaq. Mosul və Qaraquşa səfərdən sonra, martın 8-də Papa Vatikana qayıdacaq.