Əli Həsənov və Akif Əlizadə YAP rəhbərliyindən uzaqlaşdırıldı

18:51 05-03-2021 396

Baş nazirin keçmiş müavini, Qaçqınların və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırılıb.

Bu barədə YAP-ın yaydığı məlumat əsasında xəbər verir.

Belə ki, Ə.Həsənov bu zamana qədər YAP sədrinin müavini olub.

Onunla birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Akif Əlizadə də YAP sədrinin müavini vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Birinci vitse-prezident Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Aqşin Kərimov