Televiziya yayımını genişləndirmək üçün 17 milyonluq avadanlıq alınır

20:38 05-03-2021 540

Radio Televiziya Yayım və Peyk Rabitəsi İstehsalat Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi Litvanın “"Vigintos Elektronika" şirkəti olub.

Regionlarda televiziya və radio yayımının keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün rəqəmli TV və FM radio yayım avadanlıqlarını satın almaq üçün Radio Televiziya Yayım və Peyk Rabitəsi İstehsalat Birliyi "Vigintos Elektronika" şirkətinə 17 milyon 44 min manat vəsait ödəyəcək.

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi regionlarda televiziya və radio yayımının keyfiyyətinin yüksəldilməsi üçün avadanlıqların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurduğunu açıqlayıb. Əslində isə, belə bir tender olmayıb, cəmi üç ay öncə bu tenderin, iddiaçıların olmaması səbəbindən ləğv edildiyi bildirilmişdi...”

Bu haqda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünüb “facebook” səhifəsindən paylaşdığı yazıda bildiib.

O bildirib ki, Teleradio İstehsalat Birliyi adıçəkilən tender elanının 08.12.2020-ci ildə dərc olunduğu və 12.01.2021-ci il tarixdə ləğv edildiyini rəsmi olaraq göstərib.

Onun sözlərinə görə, yenidən belə bir müsabiqənin keçirilməsi haqqında elan e-Satınalma Portalında dərc edilməyib: "Görünür, qurum sonradan Antiinhisar Dövlət Xidmətinə müraciət edib və onun razılığı əsasında “Vigintos Elektronika” şirkəti ilə birbaşa 17.0440 milyon manat dəyərində müqavilə imzalayıb. Antiinhisar Dövlət Xidməti bununla bağlı məlumatı Portalda yerləşdirib. Sadəcə, Teleradio İstehsalat Bilriyi tenderə yekun vurduğunu deyil, birbaşa müqavilə imzalaması ilə bağlı məlumat verməsi daha doğru olardı".

O. Gndüz daha sonra qeyd edib ki, Litva şirkəti olan bu qurum əvvəllər Lerik, Gədəbəy, Şəmkir və s. rayonlarada əhalinin keyfiyyətli yayımla təmin olunması üçün 150 Vt-lıq yeni DVB-T ötürücülərini quraşdıraraq istismara verib: ""Vigintos Elektronika"-nın 17.0440 milyon manatlıq müqavilə üzrə hansı ölkəyə məxsus, hansı parametrdə avadanlıqlar alacağı ilə bağlı məlumatlar açıqlanmayıb".

Qeyd edək ki, "Vigintos Elektronika" şirkətinin mərkəzi qərargahı Litvada yerləşir. 1991-ci ildən fəaliyyət göstərən şirkət əsasən Rusiya, MDB, AB və Asiya-Sakit okean ölkələrinə öz xidmətlərini təklif edir.