Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə müzakirələr apardı

20:05 06-03-2021 576

Martın 6-da Xarici İşlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən ikitərəfli münasibətlərin inkişafı üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış əməkdaşlıq imkanları və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.