Hacıbala Abutalıbov Bakıdan köçüb

20:27 06-03-2021 450

Baş nazirin sabiq müavini Hacıbala Abutalıbov Bakıdan köçüb.

Bununla bağlı Modern.az-a H.Abutalıbovun yaxınları məlumat verib.

Bildirilib ki, Hacıbala Abutalıbov xeyli müddətdir Bakıdan köçüb. Onun hazırda Qax rayonunun İlisi kəndində yaşadığı bildirilir.

Məlumata görə, Abutalıbov hələ vəzifədəykən İlisuda dəbdəbəli villa tikdirib və indi orada yaşayır.