Ağsunun Bico kəndində camaat etiraza qalxdı, polis müdaxilə etdi -VİDEO

21:52 06-03-2021 567

Ağsu rayonunun Bico kənd sakinləri 1000 hektara yaxın örüş sahələrinin, bələdiyyə torpaqlarının qanunsuz zəbt olunmasına, sumax meşəsinin ağır texnikalarla tar-mar edilməsinə etiraz edir.

Rayondan yenixeber.org-a verilən məlumata görə, hadisə yerinə Ağsu Rayon Polis şöbəsinin əməkdaşları dəvət olunub, sözügedən ərazilərə baxış keçirilib. Polis müstəntiqi Elnur adlı zabit şikayət edən camaatı izahat vermələri üçün şöbəyə dəvət edib.