SƏNƏ ELƏ HƏSRƏTƏM Kİ..

22:03 06-03-2021 1377

 

Sənə elə həsrətem kiii...
Yarım qalmış arzu kimi,dilək kimi..
Sənə elə həsrətem kiii...
Suya həsrət,susuz qalmış çiçək kimi.

Sənə elə həsrətem kiii...
Eşqə möhtac buz bağlamiş  ürək kimi.
Həsrət çəkən saçlarıma
Sıgal çəkən.xəfif,sərin
Külək kimi.

Sənə elə həsrətəm ki..
Kövrəlirəm çəkiləndə doğma adın..
Unudulmur o xoş ətrin,
Dodağımda hələ qalıb şirin dadin.


Sənə elə həsrətəm ki..
Görüşünə durub qaçmaq istəyirəm.
Quşdan qanad borc alaraq,
Qucagına uçmaq,uşmaq istəyirəm.


Sənə elə həsrətəm ki..
Gecə gündüz tənhalıqla vuruşuram.
Səni uzaq səfərlərdən-
-Geri dönən durnalardan soruşuram.


Sənə elə həsrətəm ki..
Min illərin tanıdığı tanış kimi.
Gözləyirəm gelişini.
Səhraların gözlediyi yagiş kimi.


Sənə elə həsrətəm ki..
Bitməyi istənilməyən yuxu kimi.
Içimə yayılsa belə,
Heç vaxt doya bilmədiyim qoxu kimi.

Sənə elə həsrətəm ki..
Anasına həsrət, yetim uşaq kimi.
Şirin yuxu arzusuyla..
Tapa bilmədiyi  isti qucaq kimi.

Hardasan gəl,.gəl son qoyaq bu hicrana.
Könül qırıq,ürək qəmgin.
Gözlərimi zilləmişəm dörd bir yana,
Qalmayıbdı dözüm,təmkin.

..Sənə elə həsrətəm ki..


Müəllif;. MƏLƏK. ƏLİQIZI