Güclü külək Bakıda bir məktəbin damını uçurdu - AÇIQLAMA+FOTO

12:17 07-03-2021 468

Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, müvafiq mütəxəsislər məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb.

“Araşdırmalardan sonra müvafiq rəy veriləcək. İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq”, - deyə açıqlamada bildirilib.