Siyəzən Qaz istismar sahəsində ödəniş terminalı oğurlanıb

12:19 07-03-2021 360

Siyəzən Qaz istismar sahəsinin inzibati binasında oğurluq olub.

“Report” xəbər verir ki, binadan ödəniş terminalı oğurlanıb.

Hadisə ilə əlaqədar Siyəzən Rayon Polis Şöbəsinə müraciət olunub.

Faktla bağlı araşdırma aparılır.