Gəncədə bir məktəb koronavirusa görə bağlandı - VİDEO

12:21 07-03-2021 513

Gəncə şəhərində yerləşən 37 saylı məktəb koronavirus səbəbindən dayandırılıb. 900-ə yaxın şagirdi olan təhsil müəssisəsində tədris prosesi onlayn qaydada təşkil olunub. 

Baku TV-yə bu barədə danışan Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, gələn həftə şagirdlərin əyani şəkildə məktəbə gələcəyi nəzərdə tutulub. 

O da bildirilib ki, təhsil ocağında artıq bir neçə dəfə dezinfeksiya işləri aparılıb. 

Məsələ ilə bağlı Baku TV-nin süjetini təqdim edirik: