Deputat qiymət artımını tənqid etdi

17:21 09-03-2021 432

Milli Məclisin iclasında deputat Əli Məsimli Azərbaycanda qiymət artımından danışıb. 

Məlumatımıza əsasən, Ə.Məsimli bildirib ki, monopolistlər müxtəlif bəhanələrlə qiymətləri hər gün artırırlar. 

“İndi Novruz bayramı ərəfəsidir. Monopolistlər isə istəyir ki, qiymətləri bayrama görə bir az da qaldırsınlar”, - deyə Ə.Məsimli əlavə edib. 

O qeyd edib ki, Azərbaycanda monopoliyaya son qoyulmalıdır və iqtisadi azadlıqlar genişləndirilməlidir. 

Aqşin Kərimov