Nazirlik karxanalarda monitorinqlər apardı, nöqsanlar aşkarlandı

17:33 09-03-2021 450

“2020-ci ildə Tərtər, Quba və İmişli rayonlarında çay yataqlarında yerləşən 100-dən çox karxanada monitorinq aparılıb, sahibkarların fəaliyyətində çoxlu nöqsanlar aşkarlanıb”.

Məlumatımıza görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib.

O qeyd edib ki, qiymətləndirilmə aparılan daş karxanalarının fəaliyyətində kənaraçıxmalar qeydə alınıb:

“Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib”.

İlhamə Əbülfət