İskəndər Şirəlinin biznes imperiyası çökür?

17:40 09-03-2021 702

SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi İsgəndər Şirəlinin ailə biznesi tənəzzülə uğrayır.

CivilAzerbaycan.com
 xəbər verir ki, idarə rəsinin qızının adına olan şirkətlərdən biri, "LUNCHEF CATERİNG" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə olan vergi borcu gündən-günə artır. Hazırda şirkətin dövlətə olan vergi borcu 23.262 manatdan artıqdır. 

Qeyd edək ki, İskəndər Şirəli ötən il Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, bundan əvvəl “Kompleks qazma işləri” trestinin müdiri vəzifəsində çalışıb.



İskəndər Şirəli bu illər ərzində övladları üçün biznes imperiyası yaratmağı bacarıb. Məlumata görə, onun övladlarının qalereyaları, villaları, restoranları var.

İskəndər Şirəlinin qızı Leyla Şirəli "Ağ şəhər Rəsm Qalereyası”nın sahibi, digər qızı Nilufər Qarayeva isə "LUNCHEF CATERİNG" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə "Zabitlər bağı”nda yerləşən "Lunch Chef” restoranı da daxildir.

Qeyd edək ki, İskəndər Şirəli "Kompleks Qazma İşləri Tresti”nin müdiri vəzifəsində çalışdığı illərdə qızına məxsus şirkətlə müqavilə bağlayaraq trestin 400 işçisinin yeməyini bu restorandan təşkil edib. Bağlanmış müqaviləyə görə “Kompleks qazma işləri” tresti hər ay "LUNCHEF CATERİNG" şirkətinə qırx min manatdan artıq vəsait ödəyib.

İddialara görə Şirəli ailəsinə məxsus şirkətlərin vergi borcunu ödəməməsinə səbəb maliyyə çatışmazlığı yox, şirkətlərinin bankrot olması görüntüsü yaratmaqdır.

Onu da qeyd edək ki, "LUNCHEF CATERİNG" şirkəti Koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu işçilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi alıb.

Dövlət büdcəsindən şirkətə nə qədər maliyyə yardımı ayrılması barədə məlumat verilmir.

senedsirsenedsir1senedsir2

Qarşı tərəf kimi adları çəkilən şəxs və şirkət nümayəndəsinin münasibətində ictimailəşdirməyə hazırıq.

Mənbə CivilAzerbaycan.com