Ceyhun Bayramov: “Macarıstan hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib”

18:39 10-03-2021 405

Azərbaycanla Macarıstan nümayəndə heyətləri arasında strateji tərəfdaşlıq əsasında fikir mübadiləsi aparıldı. milletinsesi.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla Macarıstan arasında münasibətlər sürətlə inkişaf edir. 
Nazirin sözlərinə görə, Macarıstan hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. 

“Xüsusilə Dağlıq Qarabağ münaqişəsi davam edən müddətdə Macarıstan Azərbaycanı dəstəkləyib. Macarıstanla nəqliyyat, logistika, tikinti, bərpa olunan enerji, sərnişin və yüklərin hava nəqliyyatı ilə daşınması müzakirə predmeti olub”.

Xarici İşlər naziri Ceyhun Bayramov bildirib ki, geniş təqaüd proqramı çərçivəsində hər il 200 Azərbaycan vətəndaşı Macarıstanın aparıcı universitetlərində təhsil alır: “İndiyə qədər 1000-dən çox Azərbaycan vətəndaşı Macarıstanda təhsil alıb. İndiyə qədər 44 saziş imzalanıb. Növbəti 3 il üçün hökumətlərarası saziş imzalanıb. O cümlədən 10 yeni sazişin imzalanması gözlənilir”.