Ramiz Mehdiyevin köməkçiləri kimlərdir?

18:41 10-03-2021 468

AMEA-nın prezidenti Ramiz Mehdiyevin köməkçilərinin sayı və kimliyi məlum olub.

Xəbər verir ki, Ramiz Mehdiyevin 7 köməkçisi var.

Onun köməkçi heyəti aşağıdakılardır:

1) Eldar Əmirov – AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

2) Həcər Vəliyeva – AMEA prezidentinin köməkçisi

3) Arzu Əlizadə – AMEA prezidentinin köməkçisi, kimya üzrə fəlsəfə doktoru

4) Ələddin Məlikov – AMEA prezidentinin köməkçisi, fəlsəfə üzrə elmlər doktoru, dosent

5) Şahin Yəhyayev – AMEA prezidentinin köməkçisi

6) Natiq Allahverdiyev – AMEA prezidentinin iqtisadi məsələlər üzrə müşaviri

7) Toğrul Muradov – AMEA prezidentinin qəbul otağının elmi katibi, riyaziyyat elmləri doktoru, dosent

Qeyd edək ki, Ramiz Mehdiyevin əsas köməkçisi Eldar Əmirovdur. O, 1985-ci ildə Bakıda anadan olub. 2007-ci ildə Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2009-cu ildə isə Kiyev Kadrların İdarəedilməsi Akademiyasında Politologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub.

Mənbə Konkret.az