Nazir: “Macarıstan Bankı Azərbaycandakı layihələr üçün 100 mln. dollar ayırdı”

18:43 10-03-2021 387

Macarıstan şirkətlərinin postkonflikt dövründə işğaldan azad edilmiş ərazilərin bərpa olunmasında fəal iştirakı gözlənilir, bu istiqamətdə detallı müzakirələr aparılıb. 

bər  veririk ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.  
O bildirib ki, Azərbaycan bu istiqamətdə Macarıstan tərəfindən atılan konkret addımları yüksək qiymətləndirir. 

“Artıq Macarıstan Bankı tərəfindən bu layihələrə cəlb olunan macar şirkətləri üçün 100 milyon ABŞ dolları həcmində kredit ayrılmasına qərar verilib”, - deyə C.Bayramov məlumat verib. 
Nazirin sözlərinə görə, Azərbaycan Macarıstanın minaların təmizlənmə sahəsində könüllü ianə təklifini də yüksək dəyərləndirir. 

Aqşin Kərimov