Ötən il Azərbaycanda neçə xəstəyə böyrək köçürülüb?
Ötən il Azərbaycanda 18 xəstəyə böyrək köçürülüb.
milletinsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında yazılıb.
Bildirilib ki, daha 14 xəstənin əməliyyat vaxtı təyin edilib.
Bildirilib ki, Azərbaycanda 689 süni böyrək cihazı ilə təchiz edilən 45 hemodializ mərkəzi mövcuddur.