Əfv Məsələləri Komissiyası 100-dən artıq müraciətə baxıb

19:35 10-03-2021 414

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq yeni müaraciətə baxılıb.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 7 iclası keçirilib və daxil olan müraciətlərin 850-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.