Zakir Həsənov polkovniki vəzifəsindən azad etdi

13:33 11-03-2021 432

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunub.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı əmri Müdafiə naziri Zakir Həsənov imzalayıb.

Həmin vəzifənin icrası müvəqqəti olaraq polkovnik-leytenant Mənsur Nəcəfova həvalə edilib.

Aqşin Kərimov