"Qarabağ"ın sabiq hücumçusu -komanda yoldaşlarından pul yığıb

11:03 12-03-2021 567

Rumıniyanın "Dinamo" (Buxarest) klubunun futbolçusu Maqaye Qeye ilə bağlı növbəti qalmaqallı xəbər yayılıb.

 "Digisport"a görə, bir neçə gün öncə qanında kokain aşkarlandığı iddia edilən Seneqal əsilli hücumçunun paltardəyişmə otağında komanda yoldaşlarından pul yığdığı məlum olub.

Buxarest təmsilçisindəki mənbənin sözlərinə görə, klub 31 yaşlı forvardın bütün xərclərini qarşılasa da, o, daim pulsuzluqdan gileylənib: "Klub Qeye üçün oteldə xüsusi otaq tutmuşdu. O, isə tez-tez futbolçulardan 300 - 500 avro pul istəyirdi. Bu, oyunçular tərəfindən birmənalı qarşılanmasa da, onlar komanda yoldaşlarına kömək edirdilər. Qeye hər dəfə müxtəlif üsullarla futbolçulardan daha çox pul istəyirdi. Hazırda onun oyunçulara kifayət qədər borcu var".

Qeyd edək ki, Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyuna 8 qol vurub. O, "Dinamo"ya 2020-ci ilin oktyabrında keçib.