İlham Əliyev yeni hərbi hissəsinin açılışında - FOTO

13:31 12-03-2021 495

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.