“Alibaba” rekord məbləğdə cərimə oluna bilər

18:34 12-03-2021 369

Çinin antiinhisar requlyatorları “Alibaba” şirkətinə ölkə tarixində ən böyük cərimə tətbiqi məsələsini nəzərdən keçirir.

Bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşrə danışan mənbələr bildirir ki, cərimə 2015-ci ildə Çinin antiinhisar qanunvericiliyini pozan “Qualcomm Inc” şirkətinin ödədiyi 975 milyon dollardan artıq olacaq.

Xatırladaq ki, Çinin antiinhisar orqanları 2020-ci ilin dekabrında “Alibaba” şirkətinə qarşı araşdırmalara başlayıb.