Bu gün şəhid kapitan Ruhin Xəlilovun doğum günüdür - FOTO

10:05 13-03-2021 603

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi 37 yaşlı Xəlilov Ruhin Müzəffər oğlunun doğum günüdür.

Xəbər veririk ki, Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndində anadan olan Xəlilov Ruhin Müzəffər oğlunun ailəsi 1993-cu ildə Bakıya məcburi köçkün kimi gəlib.

1994-cü ildə Səbail rayonu 203 saylı orta məktəbin birinci sinifinə gedib. 2005-ci ildə Asiya Universitetin Hüquqşunaslıq fakultəsinə daxil olub və 2009-cu ildə oranı bitirib.

2009-2010 cu ildə Goranboy rayonunda N saylı hərbi hissəsdə xidmət edib. Hərbi vəzifəsi qumbaratan olub. 2011-ci ildən Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinə işə qəbul olub.

2011-2016 cil illərdə Biləsuvar Rayonu Məhkəmə Qərarlarının İcrası İdarəsində məhkəmə icraçısı vəzifəsində çalışıb. 2018-2019-cu illərdə İmişli rayonu Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəisi vəsifəsində çalışıb.

2019-2020-ci illərdə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində 1-ci dərəcəli məsləhətçi işləyib. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün aparılan İkinci Qarabağ müharibəsinə könüllü yollanıb.

Qubadlı rayonu istiqamətində geden döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz Ədliyyə Nazirliyinin Təşəbbüsü ilə fəxri xiyabanda dəfn olunub.

Ədliyyə Naziri Fikrət Məmmədov tərəfindən Ruhin Xəlilova Fəxri Ədliyyə İşçisi adı verilib.

Şəhidin vətənə əmanət üç övladı var.

 

Könül Cəfərli