“Oksigen” klinikasının fəaliyyətindən narazılıq artır

10:13 13-03-2021 441

Facebook-da tanınmış “Müştəriyəm Şikayətim var” səhifəsində Sərvinaz Ələkbərova adlı vətəndaş paylaşım edərək,“Oksigen” klinikasının fəaliyyətindən narazılığını bildirib.

Xəbər verir ki, vətəndaş klinika əməkdaşlarının öz vəzifələrini doğru-dürüst yerinə yetirmədiklərindən şikayət edib: “Əməkdaşlarınıza işləmə saatlarınızı, xidmətlərinizi və bu xidmətlərin göstərildiyi saatları izah edin. Bir barmağın rentgen olunması üçün üç dəfə qapınıza gəlmişəm və 3 fərqli cavab almışam.

Ya aparat işləmir, yaxud aparat işləyir amma xidmət saat 5-ə qədərdir, ya da həftədə yalnız 2 gün rentgen aparatına düşmək olar. Bir barmağa görə barmağınıza dolamısız bizi”…

fakt