Ata Abdullayev DTX tərəfindən saxlanılıb - RƏSMİ

16:03 13-03-2021 432

Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidməti xəbəri “Report”a təsdiqləyib.

Onun hansı əmələ görə saxlanması hələlik açıqlanmayıb.

Qeyd edək ki, mediada onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb.