Yanğın baş verən evlərdə 300 ailə məskunlaşıb - VİDEO

11:55 24-03-2021 252

Dünən axşam saatlarında Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi 19-da məcburi köçkünlərin məskunlaşdığı ərazidə yanğın baş verib.

Yanğın baş verən evlərdə beş məcburi köçkün ailəsi və bir Tərtər rayon sakininin yaşadığı məlum olub.

Yanğın nəticəsində ümumilikdə altı mənzilə ziyan dəyib. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin sözçüsü İbrahim Mirzəyev bildirib ki, yanğın baş vermiş ərazidə 300 məcburi köçkün ailəsi məskunlaşıb. Digər yaşayış sahələri, eyni zamanda kollecin yataqxanası yanğından mühafizə olunub. 

Qeyd edək ki, yanğının baş vermə səbəbləri araşdırılır. Dəymiş ziyan müəyyənləşdirilir.