Dövlət kasıblara, Azərcell də varlılara güzəşt edəcək.

08:50 25-03-2021 387

Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz şəxslərə noyabr ayında 190 manat veriləcək. Həmçinin sərt karantinin tətbiq olunduğu ərazilərdə fərdi sahibkarlara birdəfəlik maliyyə dəstəyi də göstəriləcək.
Teref.az yazır ki, bunu ADR sədri politoloq Qubad İbadoğlu deyir. daha sonra Qubad bəy deyir:
Azercell Eksklüziv mağazalarından iPhone 12 və iPhone 12 Pro smartfonlarını əldə edən hər bir abunəçiyə 3 ay ərzində 50 GB həcmində internet paketi hədiyyə edir.
Bildiyim qədər iPhone 12 və iPhone 12 Pro smartfonlarının 1-nin qiyməti Azercell Eksklüziv mağazalarında 2500 manatdan bahadır. Görəsən, mobil operatorlar nə zaman korporativ məsuliyyət öhdəliyindən çıxış edib, hərbiçi və əsgər ailələrinə, tələbə və şagirdlərə də belə güzəştlər edəcək?
Mənbə: Teref.az