Bakıda eyni ünvanlarda yüzlərlə şirkət açıb tenderlərdə qalib edirlər

09:16 25-03-2021 396

Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Sanafen Constraksen” MMC olub. Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu cari təmir üçün “Sanafen Constraksen” MMC-yə 44 min 830 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Sanafen Constraksen” MMC 4 ay əvvəl – 16.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan “Sanafen Constraksen” MMC-nin hüquqi ünvanı “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40”da yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Sabir Şamil oğludur.

Maraqlı məqamlardan biri də odur ki, “Sanafen Constraksen” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə yüzlərlə şirkət qeydiyyata alınıb və bu şirkətlərin bəzilərinin qanuni təmsilçiləri də eyni şəxslər olub.

“Sanafen Constraksen” MMC ilə birgə “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

Adı

Ünvan

Nizamnamə kapitalı

Qanuni

təmsilçi

Qeydiyyat

tarixi

“Ruklon az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Skvortsov Arkadiy Sergeyeviç

11.09.2020

“Elfın TC”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Skvortsov Arkadiy Sergeyeviç

11.09.2020

“Ruklon az Qrdup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Skvortsov Arkadiy Sergeyeviç

11.09.2020

“Bıqfın az Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Skvortsov Arkadiy Sergeyeviç

11.09.2020

“Rekor RT”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Denisov Dmitriy Valeryeviç

15.09.2020

“Ambra az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Denisov Dmitriy Valeryeviç

15.09.2020

“Mılber az Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Denisov Dmitriy Valeryeviç

15.09.2020

“Alkantra az Grup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Denisov Dmitriy Valeryeviç

15.09.2020

“Celsum az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Yusifov Adıgözəl Mənsur

11.08.2020

“Geo ts Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Yusifov Adıgözəl Mənsur

11.08.2020

“Enlot Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

İbrahimova Aytən Vüqar

20.08.2020

“Furusko Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

İbrahimova Aytən Vüqar

20.08.2020

“Valrum Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

İbrahimova Aytən Vüqar

20.08.2020

“Pomen as Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Abdullayev Cavidan Elçin

20.08.2020

“Ayfoks as Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Əliəkbərov Əfqan Qinyaz

20.07.2020

“Semka Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Əliəkbərov Əfqan Qinyaz

20.07.2020

“Luks az Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Əzizov Müşfiq Tofiq

23.07.2020

“Lakseta az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Əzizov Müşfiq Tofiq

23.07.2020

“Furlon km Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Həsənov Rabil Tanrıverdi

23.07.2020

“Deblo as Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Həsənov Rabil Tanrıverdi

23.07.2020

“Sultan az Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Fərzəliyev Hacı Dairoviç

24.07.2020

“Titul az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Rəhimova Günel Bayram

28.07.2020

“Qurman az Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Rəhimova Günel Bayram

28.07.2020

“Helkom Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Əzizov Əziz Tofiq

29.07.2020

“Luks az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Əzizov Əziz Tofiq

30.07.2020

“Gerlok az Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Əzizov Əziz Tofiq

30.07.2020

“Voklus tt Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Rəhimov Bayram Tahir

04.08.2020

“Nerlom az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Rəhimov Bayram Tahir

04.08.2020

“Mermer ttc Onstraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Rəhimov Bayram Tahir

04.08.2020

“Sımurq Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Rəhimova Günel Bayram

04.08.2020

“Conus as Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Rəhimova Mahirə Narəddin

04.08.2020

“Xasıko as Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

İmanıyev Xəzər Ənvər

10.08.2020

“Duklos tt Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

İmanıyev Xəzər Ənvər

10.08.2020

“Pormeks az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

İmanıyev Xəzər Ənvər

10.08.2020

“Omılon az Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Əzizli Murad Cümşüd

10.08.2020

“Tablo az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Səlimov Kənan Əhəd

21.09.2020

“Cenub az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Əhmədov Fuad Elxan

21.09.2020

“Az-Elant”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Məmmədov Bəyzadə Ədalət

16.11.2020

“Vest Ego Servıs”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Məmmədov Bəyzadə Ədalət

13.11.2020

“Avand Az”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Məmmədov Bəyzadə Ədalət

13.11.2020

“Sanafen Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

İbrahimov Sabir Şamil

16.11.2020

“Effekt-Az-Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

İbrahimov Sabir Şamil

16.11.2020

“Az-Oskar”

Məşədi Hilal Kazımov ev 40

10 manat

İbrahimov Sabir Şamil

16.11.2020

“Moldeks LM”

Məşədi Hilal Kazımov ev 40

10 manat

İbrahimov Sabir Şamil

16.11.2020

“Dərya TM Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

İbrahimov Sabir Şamil

16.11.2020

“Tudor Km Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Quliyev Xaləddin Məhyəddin

16.11.2020

“Yenı Bakı Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Quliyev Xaləddin Məhyəddin

16.11.2020

“Şur-Az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Həsənov Rəşad Rəşid

17.11.2020

“Qlobal-Az Servıce”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Novruzov Kamran Elxan

18.11.2020

“Merlon- Az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Cavadov İlqar Arif

19.11.2020

“Bıq Famıly Az”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Cavadov İlqar Arif

19.11.2020

“Energetık-Az”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Cavadov İlqar Arif

19.11.2020

“Rısk-Az Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Cavadov İlqar Arif

19.11.2020

“Zırva-Az Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Cavadov İlqar Arif

19.11.2020

“Bert-Az Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Nağıyev Məmməd Cangir

23.11.2020

“Devlon Tk”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Kərimov Elmar Elman

23.11.2020

“Lıve Az Grup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Kərimov Elmar Elman

23.11.2020

“Deor Az Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Kərimov Elmar Elman

23.11.2020

“Funlon-KM Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Kərimov Elmar Elman

23.11.2020

“Tevkom-Az Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Qaraxanov Emil Mahmud

26.11.2020

Eko-Az Constraksen”

Məşədi Hilal Kazımov ev 12, m 6

10 manat

Qaraxanov Emil Mahmud

26.11.2020

“Cavadxan-Az”

Məşədi Hilal Kazımov ev 12, m 6

10 manat

Qaraxanov Emil Mahmud

26.11.2020

“Dıvan Az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Qaraxanov Emil Mahmud

26.11.2020

“Geo-Fına Qrup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Həmidov Mübaşir Qədir

26.11.2020

“Green Land Grup”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Həmidov Mübaşir Qədir

26.11.2020

“Bıq-Brend”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Həmidov Mübaşir Qədir

26.11.2020

“Hermer TK Constraksen”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Həmidov Mübaşir Qədir

26.11.2020

“Levron Az Ltd”

Məşədi Hilal Kazımov ev 40

10 manat

Hatəmi Nicat Vüqar

26.11.2020

“Vımınal”

Məşədi Hilal Kazımov ev 40

20 manat

Musayev Mənsur Elşən

08.12.2020

“Nurtepe”

Məşədi Hilal Kazımov ev 40

20 manat

Musayev Mənsur Elşən

08.12.2020

“Asmunt Ltd”

Məşədi Hilal Kazımov ev 40

5 manat

Şirinov Elvin Mətləb

03.12.2020

“MM-Sarvan 2020”

Məşədi Hilal Kazımov ev 40

5 manat

Maqsudi Murad Azər

03.12.2020


Onu da qeyd edək ki, “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan şirkətlərlə Bakının başqa bir “sirli ünvan”ında - “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydiyyatda olan şirkətlər arasında əlaqə mövcuddur.

Belə ki, “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan “Ruklon-Az Ltd” MMC-nin qanuni təmsilçisi Skvortsov Arkadiy Sergeyeviç “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda da başqa bir şirkəti qeydiyyatdan keçirib. 08.09.2020-ci il tarixində Skvortsov Arkadiy Sergeyeviç “2-ci Zabrat dairəsi ev.133 m.72” ünvanında “Okean az Grup” adlı şirkəti qeydiyyatdan keçirib.

Qeyd olunan ünvanda qeydiyyatdan keçən şirkətlərin bəzilərilə ilə BURADAN tanış ola bilərsiniz.

Bundan başqa “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan şirkətlərlə - “Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28” ünvanda qeydiyyatda olan şirkətlər arasında da əlaqə mövcuddur.

Belə ki, “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan “Şur-Az Ltd” MMC-nin (adlardakı bəznəzərliyə diqqət) qanuni təmsilçisi Həsənov Rəşad Rəşid oğlu
“Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28” ünvanda da başqa bir-neçə şirkəti qeydiyyatdan keçirib.

Qeyd olunan ünvanda qeydiyyatdan keçən şirkətlərin bəzilərilə ilə BURADAN tanış ola bilərsiniz.

Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb.

Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 4 ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Mənbə Yeniavaz.com