Azərbaycanlı oliqarx Avropadan Cənubi Qafqaza internet-kabeli nəzarətə götürdü

19:11 28-03-2021 459

Sonuncu sövdələşmə nəticəsində azərbaycanlı oliqarx Nəsib Həsənov “Caucasus online” (“Qafqaz online”) provayderinin 100%-lik sahibi olub.

Yeniavaz.com xəbər verir ki, “Caucasus online” əsas internet rabitə kanalının sahibi Xviç Makasariya nəzarət payını (51%) Azərbaycanın “Neqsol Holding” şirkətinə satıb. Səhmlərin 49% -i isə hələ 2019-cu ildə Azərbaycan şirkətinin əlinə keçmişdi.

Və bu halda müqavilə Milli Rabitə Komissiyası ilə razılaşdırılmamışdı, buna görə tənzimləyici bir neçə dəfə şirkətdən səhmləri əvvəlki vəziyyətinə qaytarmasını xahiş etmişdi.

Sonuncu sövdələşmə nəticəsində isə azərbaycan iş adamı Nəsib Həsənov 100% “Caucasus online” şirkətinin sahibi olub.

 

Mənbə Yeniavaz.com