Qoruğu icarəyə götürüb ərəbləri ova çıxardan iş adamı kimdir? – DOSYE

19:40 29-03-2021 324

Xəbər verdiyimiz kimi, Dövlət EkolojiTəhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mətbuata verdiyi açıqlmada bildirib ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər.

Yeniavaz.com xəbər verir ki, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin 2018-ci ildə açıqladığı məlumatda Acınohur düzənliyinin bəzi ərazilərinin əkin məqsədləri üçün istifadə edilməsi üçün “Aqroinkişaf-2017” MMC-yə ayrıldığı qeyd olunub. Açıqlanan məlumatda “Aqroinkişaf-2017” MMC-nin icarəyə götürdüyü 7500 hektar ərazidə ceyranların həyatı üçün  təhlükə yarandığı və bu səbəbdən şirkətə xəbərdarlıq olunduğu bildirilib.

1758858

Məlumat üçün bildirək ki, “Aqroinkişaf-2017” MMC 07.02.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Nobel pr. Ev 36-da yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıxov Ruslan Oqtay oğludur.

Onu da qeyd edək ki, Sadıxov Ruslan Oqtay oğlu eyni zamanda 2007-ci ildə təsis olunan ADEC MMC-nin (Azərbaycan İnkişaf Şirkəti) qanuni təmsilçisidir. Nizamnamı kapitalı 1 000 000 manat olan ADEC MMC Bakıda inşa olunan “Ağ şəhər” layihəsinin icracısıdır.