Qaxda 243 şagirdin təhsil aldığı məktəb koronavirusa görə bağlandı

20:02 29-03-2021 261

Qax rayonundakı Zakir Müslümov adına Qum kənd tam orta məktəbi COVID-19 səbəbindən bağlanıb.

MillətinSəsi.info
 "report"a istinadla xəbər verir ki, tədris ocağında koronavirusa yoluxma aşkarlandığından Qax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən bağlanıb.

Bildirilib ki, məktəb martın 29-dan iki həftə bağlı qalacaq və tədris distant formada həyata keçiriləcək. Hazırda dərslər onlayn formada keçirilir.

Qeyd edək ki, məktəbdə 243 şagird təhsil alır.