Milli Məclisin növbəti iclası: Pakistanla bağlı sənəd müzakirəyə çıxarılır
Aprelin 2-də Milli Məclisin növbəti iclası keçiriləcək.
Bu barədə milletinsesi.info-a Milli Məclisdən məlumat verilib.
İclasın gündəliyinə 13 məsələ daxildir.
İclasda Azərbaycanla Pakistan arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsindəki saziş də müzakirəyə çıxarılacaq.