Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

16:01 30-03-2021 279

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Tacikistan səfəri çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Bu barədə İRNA məlumat yayıb.

Görüş zamanı tərəflər Qafqazda baş verən son proseslər, Xəzər dənizində əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər iqtisadi-siyasi mövzuları müzakirə ediblər.