“Azərişıq” ASC-nin 9 milyon manatlıq tenderini 2 şirkət qazandı

16:18 30-03-2021 441

“Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin qalibləri məlum olub.

Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən “ASAN xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif mal-materialların satın alınması" məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Meqaplus" Firması olub.

“Azərişıq” ASC qeyd olunan məhsullara görə "Meqaplus" Firmasına 4 milyon 283 min 703 manat 85 qəpik ödəycək.

Bundan başqa “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən “Elektrik avadanlıqların məsafədən avtomatik idarə olunması üçün elektromaqnitli aparatların satın alınması” məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Sabah Constraction” MMC olub. “Azərişıq” ASC qeyd olunan məhsullara görə "Sabah Constraction” MMC-yə 4 milyon 447 min 8 manat 77 qəpik ödəycək.