Sumqayıtda illərdi evsiz qalan ev sahibi - VİDEO

16:37 30-03-2021 243

Sumqayıt şəhəri, 12-ci mikrorayon, 7A saylı binanın altıncı mərtəbəsində olan evin sahibi illərdir evinə girə bilmir.

Ev sahibi Naibə Fərəcullayeva iddia edir ki, 1993-cü ildə bu mənzilə məcburi köçkün ailəsi yerləşib. Həmin vaxtdan 2010-cu ilə qədər mənzildə yaşayıblar, sonradan mənzili tərk ediblər. Hazırda mənzil boş olsa da, onu həqiqi sahibinə qaytarmaq istəmirlər. 

N.Fərəcullayeva bildirir ki, illərdir kirayə qalır. 

Baku TV Qubadlı rayonundan olan məcburi köçkün ailəsi ilə telefon əlaqəsi saxlayıb. Məcburi köçkün Sahibə Bəylərova bildirib ki, 3-5 aya öz doğma yurdlarına qayıdacaqlar. Ondan sonra evi təhvil verəcəklər.

Ətraflı süjeti təqdim edirik: