Koronavirus Sumqayıtda məktəblərin fəaliyyətinə necə təsir edib?

13:03 01-04-2021 243

Tədris ili başlayandan Sumqayıtda 404 şagird və 276 müəllimdə koronavirusa yoluxma faktı  (COVID-19) qeydə alınıb.  

Bu barədə milletinsesi.info-a Sumqayıt Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı müxtəlif zamanlarda yeddi məktəb distant təhsilə keçib:

“Tədris ilində ümumilikdə 70, hazırda isə 20 sinifdə dərslər distant formada davam etdirilir”.

Qeyd edək ki, bu günə qədər Sumqayıt şəhərində fəaliyyət göstərən tam orta məktəblərdə çalışan müəllimlərdən doqquz nəfəri koronovirusdan vəfat edib.