Qubada axundla intim videosu yayılan qadın niyə hakim önünə çıxarılır?

22:00 17-04-2021 198

Bir müddət əvvəl Qubanın axundu ilə intim görüntüləri yayılan qadın ağır cinayətdə ittiham edilərək hakim qarşısına çıxarılır. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

MillətinSəsi.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi olmuş Elnur Əfəndiyevlə görüntüləri yayılmış Z.Q (ad və soy ad şərtidir) hakim önünə çıxarılır.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu və şantajla külli miqdarda pul tələb etmə) maddəsi ilə cinayət işi açılıb.

İş üzrə daha bir nəfər – İftixar Ağayev də məsuliyyətə cəlb edilib. Onun barəsində də polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Z.Q və İftixar Ağayev birlikdə Elnur Əfəndiyevi videogörüntülərlə şantaj edərək 75 min manat tələb etməkdə suçlanırlar.

Xatırladaq ki, bir müddət əvvəl bəzi sosial şəbəkələrdə axund Elnur Əfəndiyevin bir qadınla intim münasibətlərini əks etdirən görüntülər yayılmışdı. Bundan sonra Elnur Əfəndiyev vəzifəsindən kənarlaşdırılıb.

O zaman hadisənin təfərrüatı barədə ətraflı məlumatlar üzə çıxmadı. Amma hadisədən aylar sonra baş verənlərin olduqca ilginc təfərrüatları məlum olubr.

Məlumata görə, Z.Q uzun müddət axundun tələbəsi olub və ondan dini dərslər alıb. Onlar arasındakı münasibətlər bu zaman yaranıb.

Z.Q ifadəsində deyib ki, əfəndi olaraq qəbul etdikləri, hər sözünə güvəndikləri Elnur Əfəndiyevin dediklərinin təsiri altına düşüb. Ailəli olduqları müddətdə belə onunla münasibəti olub.

Elnur Əfəndiyev qadını inandırıb ki, əgər onunla münasibətdə olmasa başına böyük fəlakətlər gələcək.

İttihamda göstərilir ki, Z.Q aralarında olan bu münasibətdən sonra evinə gizli kamera quraşdırıb və Elnur Əfəndiyevi şantaj edərək, ondan ev alması üçün pul tələb edib.

Z.Q isə ittihamla razılaşmır və deyir ki, E.Əfəndiyev ev almaq məsələsini özü vəd edibmiş.

Bu işdə adı keçən İftixar Ağayev isə Z.Q-ya kameranın quraşdırılması ilə bağlı kömək edib. Amma o da şantaj və hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilir. İ.Ağayev özünü təqsirli bilmir. Hazırda məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, işin olduqca maraqlı təfərrüatları var. E.Əfəndiyevin Z.Q-ya verdiyi vədlər, Z.Q ailə həyatı qurduqdan sonra axundla davam edən münasibəti, bir neçə şəxsin dini lider sayılan, “ustad, “əfəndi” kimi qəbul edilən E.Əfəndiyevin iç üzünü açmaq üçün qurduqları plan barədə növbəti yazıda daha geniş məlumat verəcəyik.

Mənbə Musavat.com