Xəzər rayon İcra Hakimiyyətinin həbsdə olan baş memarının işi məhkəməyə göndərildi

22:09 17-04-2021 99

Xəzər rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq baş memarı, Tural Zeynalovun barəsində olan cinayət işinin istintaqı başa çatıb. MillətinSəsi.info-nun məlumatına görə, cinayət işin Xəzər rayon məhkəməsinə göndərilib.

Cinayət işi hakim Tərlan Əkbərovun icraatına verilib. Tural Zeynalova qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü(dələduzluq, qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə ittiham elan edilib.

Xatırladaq ki, T. Zeynalov ötən ayın əvvəllərində hüquq-mühafizə orqanları əməkdaşlarının Xəzər rayon İcra Hakimiyyətində keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Həbsindən sonra Tural Zeynalov cinayət ortaqları haqda ətraflı ifadə verib, aldığı rüşvət, iş bölgüsünün detallarını istintaqçılardan gizlətməyib. Məlum olub ki, sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alınıb. Əgər ev iki mərtəbə tikilibəsə, qiymət də 2 qat artıb.

Bundan başqa bildirilıir ki, Tural Zeynalov Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin “ölü can” olduğunu, onlara aid əmək haqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.

Mediada yayılan məlumatda qeyd edilir ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilibmiş. Qısa müddətdə “Audi-6”, “Niva” “Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Onun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir.

memeur_1




1