Kənd Təsərrüfatı Nazirliyi fermerlərə maşın qiymətinə inək satır?

22:19 17-04-2021 216

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov ötən gün Ümid Partiyasının sədri İqbal Ağazadənin ünvanına bəzi fikirlər səsləndirib.

Qurum rəsmisi siyasətçinin nazirliyin damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrənin qiymətini şişirdərək pul mənimsəməsi ilə bağlı iddiasının əsassız olduğunu qeyd edib. Vüqar Hüseynov partiya sədrinin qeyri-ciddi, populist və məlumatsız olduğunu vurğulayıb.

Ünvanına səsləndirilən ittihamlarla bağlı fikirlərini Yenisabah.az-la bölüşən İqbal Ağazadə nazirlik rəsmisinin çox böyük bir səhv edərək belə bir açıqlama yaydığını söyləyib.

Bildirib ki, Vüqar Hüseynov bütün etiketi normalarını pozub, barəsində seçdiyi ifadələri də düzgün seçməyib: "Əvvəla, hər şeyin bir protokolu var. Etiket normalarının protokolunu bilmirlərsə, öyrənsinlər. Mənimlə görüşmək istəyən, yanıma gələr, daha məni harayasa çağırmaz. Mən uşağam, ya məktəbliyəm ki, harayasa çağırsın?! Adam mənimlə görüşmək istəyirsə, buyurub gəlsin. Fikirləri təhrif edərək danışır. Mənə, “Sizinlə görüşmək istəyirik, sizə bəzi sənədlər təqdim edəcəyik. Sabah zəng edib vaxtı bildirərik”,-dedi. Mən də problem olmadığını bildirdim. Sonra zəng edib, “Filan yerə gələ bilərsiniz”,-dedi. Mən  də etiket norması olduğunu, onların mənimlə görüşmək istədiyini və öz ünvanımı dedim. Qapımın üzlərinə açıq olduğunu bildirdim".

172943930_303301764641987_5716640880008337147_n

Partiya sədri deyib ki, KTN-in cinayətləri barədə materialları Respublika Prokurorluğuna göndərəcək: "Biz onların cinayətlərinin hamısını dayanmadan Respublika Prokurorluğuna göndərərik, gedib oraya cavab verərələr. Hesab edirlər ki, Respublika Prokurorluğu susur, ölkədə korrupsiya mühiti var deyə, bizim dediyimiz faktların üzərindən keçiləcək?! İqbal Ağazadə çıxış edəndən sonra gübrədən aldıqları 8 manat pulu niyə yığışdırdılar?”.

Siyasətçi heyvanların şişirdilmiş qiymətləri ilə bağlı dediyi sözlərin də sənədə əsaslandığını diqqətə çatdırıb:

“Heyvanlarla bağlı dediklərimin əsassız olduğunu iddia edirlər. Ortada sənədlər var. Fermerlərdən soruşun, onların sənədləri var, baxın görün, inəyi neçəyə alırlar. Burada arqumentsizlik mümkün deyil. Adam 6 700 manata inək alıb. Onun da 60 faizini dövlət ödəyir. Maşın almırlar, matoru filan yoxdur, inəkdir bu, inək. Simmental cinsli Avstriya inəklərindən söhbət gedir”.