Sahil Babayevin sifarişi ilə həbs olunduğu deyilən sahibkarın məhkəmə prosesi keçirilib

22:32 17-04-2021 144

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin(ƏƏSMN) Sahil Babayevin sifarişi ilə həbs olunduğu deyilən sahibkar Alışanlı Tural Asif oğlunun növbəti məhkəmə prosesi keçirilib.

Tural Alişanlının vəkili Fuad Ağayev mediyaya açıqlama verərək, bildirib ki, "istənilən halda Tural Alişanlı azad edilməli idi. Hətta məhkəmə qərarının müddəti bitməsəydi belə, o azadlığa buraxılmalı idi" deyə vəkil qeyd edib.

Turalın ailəsi onun məhkəmə prosesinin təxirə salınmasını, Turalın həbsinin uzadılmasına xidmət etdiyini bildiriblər. Hətta Vəkil Fuad Ağayev Məhkəmənin prossesinin təxirə salınmasına gətirilən bəhanənidə açıqladı.

Açıqlamada isə guya Tural Alışanlının  məhkəmədən öncə iş sənədləri ilə tanış olmamasına şərait yaradılmaması, iş sənədlərinin görməməsi, onun ibtidai istintaqdakı, hüquqlarının pozulması ilə bağlı məlumat verilməsi ilə sorğu göndərilib Bakı İstintaq Təcizxanasına. Bir aydan çox vaxt keçməsinə baxmayaraq bu sorğuya cavab ala bilməyiblər.