“Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir

16:03 23-04-2021 234

 

 

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Nar” və Bakı Kitab Mərkəzinin layihəsinə start verilir. Layihənin əsas məqsədi pandemiya dövründə məktəblilərin maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək olmaqdır. Layihə çərçivəsində Azərbaycanın ədəbiyyat və incəsənət sahəsinin tanınmış simaları uşaqlar üçün “Zoom” platforması üzərindən müxtəlif bədii əsərlərdən parçalar səsləndirəcəklər.

 

“Oxu Saatı”nın ilk qonağı xalq yazıçısı Çingiz Abdullayev mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışacaq, eyni zamanda sevimli kitablarını dinləyicilərlə paylaşacaq. 24 aprel saat 12:00-da baş tutacaq onlayn görüşə qoşulmaq üçün bu keçidə daxil ola, “Nar”ın rəsmi FacebookYouTube kanallarında yayımı canlı şəkildə izləyə bilərsiniz.

 

Qeyd edək ki, 24 aprel tarixindən başlayaraq 1 ay boyunca davam edəcək “Oxu saatı”nda Çingiz Abdullayevlə yanaşı, hər həftənin şənbə günü Zülfiyyə Xanbabayeva, Nərgiz Cəlilova, Ceyhun Əli kimi qiraətçiləri də dinləmək mümkündür. Cədvəl və oxunacaq kitablar haqqında məlumat “Nar”ın rəsmi “Facebook” və “İnstagram” səhifələrində mütəmadi olaraq paylaşılacaq.

 

“Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 

«Nar» запускает проект «Час чтения» для школьников

 

 

23 апреля, по случаю Всемирного дня книги и авторского права, стартует проект «Час чтения» для школьников, организованный «Nar» совместно с Бакинским Книжным Центром при поддержке Министерства образования.  Основная цель проекта - просвещать студентов в период пандемии и способствовать продуктивному времяпровождению, развивая привычку к чтению.  В рамках проекта известные деятели литературы и искусства Азербайджана прочтут детям отрывки из различных литературных произведений  через платформу «Zoom».

 

Народный писатель Чингиз Абдуллаев, первый гость «Часа чтения», расскажет о важности чтения, роли книги в формировании мировоззрения молодежи, а также поделится со слушателями любимыми книгами.  Для того, чтобы присоединиться к онлайн-встрече, которая состоится 24 апреля в 12:00 перейдите по этой ссылке.

 

Отметим, что «Часе чтения», который продлится месяц начиная с 24 апреля, наряду с Чингизом Абдуллаевым, каждую субботу можно будет услышать таких чтецов, как Зульфия Ханбабаева, Наргиз Джалилова и Джейхун Али.  Информацию о расписании и книгах которые будут представлены в проекте, также прямые трансляции встреч можно найти на официальной странице «Nar» в «Facebook».

 

Подробную информацию о социальных проектах «Nar», направленных на развитие науки и образования, можно найти на сайте nar.az.

 

Nar launches “Reading hour” Project for schoolchildren

 

 

On the occasion of 23 April, the World Book and Copyright Day and with the support of the Ministry of Education, Nar and Baku Book Center has jointly launched the "Reading Hour” project for schoolchildren. The project aims to enlighten students during the pandemic and help them to spend time effectively by developing reading skills. As part of the project, well-known figures in the field of literature and art of Azerbaijan will narrate pieces of art on the Zoom platform for children.

 

The first guest of  "Reading Hour” Chingiz Abdullayev, People"s writer, will talk about the importance of reading, the role of books in the development of the worldview of young people, as well as share their favorite books with listeners. You can access this link to join the online meeting or watch it live on official Facebook and YouTube pages of Nar on April 24 at 12:00. 

 

It is worth noting that, along with Chingiz Abdullayev, the narrators such as Zulfiya Khanbabayeva, Nargiz Jalilova, Jeyhun Ali can be heard every Saturday in the "Reading Hour” that will last for a month starting from April 24. For more information about the schedule and books to be read, please visit Nar"s official Facebook and Instagram pages.

 

Detailed information about Nar"s social projects aimed at the development of science and education can be found on nar.az.