Daxili işlər naziri rəis müavini təyin etdi

18:21 24-04-2021 117

Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb. milletinsesi.info-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Gündüz Məcidov Balakən Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini təyin edilib. O, bundan əvvəl Naftalan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb.

Bundan başqa, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər Əmrinə əsasən, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsinin rəisi Nuriyev Firuz Qabil oğlu vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Hacıqabul RPŞ-nin əməliyyat üzrə rəis müavini təyin edilib.