Füzulinin icra başçısı Alı Alıyev necə MAYOR oldu?

20:02 24-04-2021 171

Müdriklərin bir sözü var: Hər kəs öz dilinin altında gizlənib. Yəni insan ağzını açıb DİL-lənən kimi onu kim olduğunu bilirsən. 


Amma  başqa bir maraqlı  məlumat da var. Məmurların rəsmi, yaxud qeyri-rəsmi tərcümeyi-halına baxan kimi...bilirsən ki, bunun keçmişi nə olub ? 

Bu gün Füzulinin icra başçısı Alı Alıyevin tərcümeyi-halında çox şübhəli hallar gördüm. Yazır ki, “Ali məktəbi bitirdikdən sonra...”

Adam, sən hansı məktəbi bitirmisən, neçənci illərdə, ixtisasın nədir..?  Bəlkə, baytarsan, bəlkə, zootexniksən, bəlkə, tarix müəllimisən, bəlkə, həkimsən, bəlkə astroloqsan, nəsən..

Niyə  bunu yazmaq istəmirsən?  
Yazırsan ki, MAYOR-am. 
Yazırsan ki, 1981-83-cü illərdə hərbdə qulluq etmisən. 

Sən 2 ildə necə MAYOR oldun? 
Sonrakı illərdə də Su idarəsində işləmisən. 
Amma Su idarəsində də mayor rütbəsi vermirlər.

Nə isə Alı Alıyev  düz 10 ildir Füzulinin icra başçısıdır, daha doğrusu, icra başçısı maaşını alır. Deməli, Alı Alıyev özü haqqında yazılan rüsvayçı yazılara, ifşaedici materiallara cavab olaraq bir neçə şairi-jurnalisti rayona dəvət edib  özü haqqında DASTAN yazdırıb. 

Yazılanları oxuyanda adam mat-məəttəl qalır. Doğrudanmı, ziyalılarımız Alı Alıyevin bir  “molodes”inə möhtac qalıblar? Nə isə, Alı Alıyev haqqında uzun-uzadı yazmağa ehtiyac görmürük. Atalar demişkən, görükən dağa nə bələdçi? 
Əslində Alı kimilər nəinki dağ, heç təpə də deyillər. 


Bu gün Alı Alıyevin Füzulidə qoyun sürüləri, mal-qara fermaları, örüş  sahələri, yüz hektarlarla torpaq sahələri, dükanları, restoranı  və daha nələri...

Hələ bu harasıdır? 

Alı Alıyevin rayonda mebel mağazaları, mebel sexləri var. Hətta icra başçısı həbsdə olan bəzi iri məmurlara mebel hədiyyə edir, həbsxanadakı məmur dostlarına kömək edir  və deyir ki, əl tutmaq Alıdan qalıb. 

Bu adam başa düşmür ki, insan öz halal qazancı ilə kiməsə əl tutar. Alı isə xalqdan oğurladığı pullarla özünə dost tutmaq istəyir. 

Alı Alıyevin polisdə işləyən oğlu Alıyev Elvin Alı oğlu da yeyib-içən oğlandır, bütün günü əyləncə mərkəzlərində, gecə klublarında olur,  bahalı avtomobilləri ilə ora-bura şütüyür. 

Amma bu yaxınlarda, cənab nazirin əmri ilə  Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini Alıyev Elvin Alı oğlu vəzifəsindən azad edilib. 
Niyə və nə üçün?

Bu barədə növbəti yazıda.

P.S. Yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.


Mənbə gundelik-baku.com