İqbal Əliyevin Şəmkirdə meşə ""terroru""..

20:04 24-04-2021 180

3 ildir yenə meşələrə, yaşıllıqlara divan tutulur, meşələrin qorunmasına və inkişafına məsul olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi  üzərinə düşən işi yerinə yetirmir. Nazirliyin tabeçiliyində  Meşələrin İnkişafı Departamenti var. 

Adından göründüyü kimi bu qurum təkcə meşələri qorumalı deyil, həm də inkişaf etdirməlidir. Təsəvvür edirsiniz, nazirlikdə bu boyda  Meşələrin Qorunması və İnkişafı ilə bağlı Departament, üstəlik bir neçə rayonu əhatə edən Regional Meşə Təsərrüfatı Mərkəzi fəaliyyət göstərir.  

Belə qurumlardan biri də Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzidir. Bir neçə rayonu, o cümlədən Daşkəsən rayonunu əhatə edən bu mərkəzin direktoru İqbal Əliyevdir. 

Bütün ölkə mediası neçə müddətdir ki, İqbal Əliyevin meşələri qırmasından, meşələrə donuz buraxmasından, meşələri bəzi şəxslərin fermaları üçün örüş yerinə çevirməsindən dayanmadan yazır. 

Həmin yazılarda qeyd olunur ki, Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru, meşə gözətçiləri, meşəbəyi meşələri məhv etməyə çalışırlar. Meşələrə on minlərlə mal-qoyun, camış, at sürüləri salıblar. Meşə gözətçiləri Çapay və Şöhrəddin qardaşları MMBM-nin işçisi Hakim meşə ərazisində özlərinə yataq salıblar və heyvanları meşə ərazisində otlayır. 

Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İqbal Əliyev bu olanlara göz yumur, meşə ərazilərində 100 hektarlarla əkin sahələri salınıb, bir neçə illər həmin əkin sahələri əkilib. Meşə ərazisində 2 hektardan çox ərazidə ağaclar tamamən kökündən çıxarılıb. Yeri əkin sahəsi üçün satılıb. Meşə ərazisində hərə özü üçün ərazi hasarlayıb.

Bütün bunların hesabına İqbal Əliyev milyonlar qazanıb. Meşələr məhv olduqca  həmin ərazidə yaşayan heyvanlar, quşlar, bir sözlə, fauna və flora məhv olur. Bütün bunlar İqbalın heç tükünü də tərpətmir. Təki pul gəlsin. 

İqbal Əliyev həm də tabeçiliyində olan meşə gözətçilərinin, təsərrüfat işçilərinin maaşlarını da mənimsəyir. 

Təsəvvür edirsiniz meşələrə qənim kəsilən İqbal Əliyev Allah qoymasa, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU-da)  müəllimdir.
Görəsən meşələrə qənim kəsilən İqbal müəllim tələbələrə nəyi öyrədəcək? Meşələri qorumağı, yoxsa meşələri qırmağı? 

Bir maraqlı məqam da odur ki, İqbal Əliyev heç vaxt  ADAU-ya getmir, onun əvəzindən kimsə jurnalları imzalayır. Görəsən dövlət məmuru olan İqbal Əliyevin əvəzindən maaşı kim alır? 

İqbal Əliyevin özü üçün Göygöl  rayonunda inşa etdirdiyi möhtəşəm villanın bütün taxta materialları da Daşkəsən meşələrindən gətirilib. 

Bütün bunlar rayon sakinlərinə bəlli olduğu halda görəsən müvafiq dövlət qurumları nə düşünür. 

Niyə Ekologiya Nazirliyinin, Meşə departamentinin rəhbərliyi ağzına su alıb susur?

Muxtar Babayevin kabinetində divardan bir qılınc asılıb. Muxtar Babayev, o qılınc Domokl qılıncı kimi bir gün meşələrdə başı kəsilən ağacların qisasını alacaq...

P.S. Yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.


Mənbə gundelik-baku.com