Zaur Mikayılov Ucara diqqət ayırıb, Həsən Qasımovla bağlı təcili tədbir görməlidir

20:12 24-04-2021 216

"Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov dövlət idarəsini ailə podratı üsulunda işlədir. Dövlətin ayırdığı vəsait talan edilir, şəxsi kapitalı aşıb-daşır."

Bunu Ucar rayonu Qazyan kənd sakini, Qazi atası Seyidov Sadiq Əhməd oğlu tərəfindən MillətinSəsi.info-nun redaksiyasına göndərilən şikayət məktubunda yazıb.

Ucar rayonu Qazyan kənd sakini, qazi atası bildirir ki, Ucar rayon torpaqları tam şoranlaşıb əkinə yararsız vəziyyətə düşüb: "Ucar rayon ərazisində şirə kanalları təmizlənmədiyi üçün yox olmaq üzrədir, meliorativ işləri aparmaq üçün sovet dönəmində tətbiq edilmiş drenajları çıxarılaraq satılıb.  Meliorasiya İdarəsinə məxsus bahalı böyük texnikalar şəxsi işlərə cəlb edilib Həsən Qasımova pul qazanır.

İdarənin texnikalarının bir neçəsi isə Həsən Qasımova məxsus 1500 baş iribuynuzlu heyvan saxlanılan fermada, Zərdab rayonunun Məmmədqasımlı kəndində olan böyük balıq gölündə və 70 hektar əkin sahəsində işlərə cəlb ediliblər."

Suvarma 03_06 (49)_1

Ucar rayonu Qazyan kənd sakini şikayət məktubunda Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun rayonda 3 yerdə böyük möhtəşəm evi, Bakı şəhərində 8 mənzili, Ucar rayonunda 3 böyük ticarət mərkəzi, iki böyük ferması və yüzlərlə hektar torpaq sahələri olduğunu bildirib:

"Həsən Qasımov bir neçə gün əvvəl öz bacısı oğlu Abılov Rəşad Roman oğlunu idarəyə baş mühasib vəzifəsinə təyin edib.

Qardaşı Kazım isə sürücü vəzifəsində işləyir. Digər qohumlarının isə adı işdə gedib iş üzü görmədən hər ay əmək haqqı alırlar. Ancaq rayonda Vətən müharibəsi qazilərinə və iştirakçılarına iş verilmir hamısı işsiz qalıblar.

Rayonun əkin torpaqlarını isə şoran ağuşuna alıb.Şoranın yuyulması üçün Ucar respublikada ən çox maddi vəsait ayrılan rayondur.Buna görə də Həsən Qasımov zənginliyinə görə ən çox seçilən müdürdür.

Həsən Qasımovun qanunsuz yolla zənginləşməsinin əksi olaraq çörəyi əkinçilikdən çıxan kəndlilər isə günü-gündən yoxsullaşırlar.Çünki şoran yuyulmadığı üçün torpaqlar əkinə yararsız vəziyyətə düşür. Bu isə Həsən Qasımov fəlakətidir ki, qarşısı alınmasa rayonun kənd tsərrüfatı tamam məhv olacaq.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Ucara xüsusi diqqət ayırıb təcili tədbir görməlidir."

P.S. Ucar rayonu Qazyan kənd sakini, Qazi atası Seyidov Sadiq Əhməd oğlunun şikayəti ilə bağlı Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovla əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.