Sabirabad Regional Meşə Təsərrüfat Mərkəzinin müdiri 15 ildə büdcədən xeyli pul mənimsəyib? - İDDİA

20:16 24-04-2021 207

Sabirabad rayon Abdulabad kənd sakini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sabirabad Regional Meşə Təsərrüfat Mərkəzinin müdiri Elxan Əsgərovun özbaşınalığı ilə bağlı Prezident İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəri Muxtar Babayevə, digər aidiyyati orqanlara müraciət edib.

Sabirabad rayon sakini şikayət məktubunun bir nüsxəsində redaksiyamıza göndərib. Şikayətçi sakin məktubda iddia edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sabirabad Regional Meşə Təsərrüfat Mərkəzinin müdiri Elxan Əsgərov 15 ildə dövlət büdcəsini xeyli mənimsəyib və hazırda nazirlikdə havadarlarının vasitəsi ilə köhnə əməllərini davam etdirir.

Sabirabad rayon sakininin şikayətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

"Hörmətli, Cənab Prezident,
"Hörmətli, Muxtar Babayev,

Sizə bildiririk ki, hələ də bəzi dövlət qurumlarında rüşvətə, özbaşınalığa yol verilir! Bəzi məmurlar yenə pis əməllərindən əl çəkmirlər, özləri işdən uzaqlaşdıqları üçün işlədiyi yerdə yaxın adamlarını öz yerində saxlatdırır.

Və köhnə əməlllərini həyata keçirdirlər. ETSN-nin Sabirabad Meşə Təsərrüfat Mərkəzində 15 il direktor işləmiş Elxan Əsgərovun işində ciddi nöqsanlar aşkar olunaraq işdən uzaqlaşdırılıb. Buna baxmayaraq, nazir müavini Firdovsi Əliyevlə sövdələşib qohumunu öz yerinə təyin etmişdir.

Elxanın göstərişləri ilə hərəkət edilir. Elxan kimi adamlar da nazirə və əlaltısı Firdovsi kimi təbiətimizi başqa formada məhv edən insanlara xidmət edir. Müdir işdən çıxarılanda onunla əlbir olan işçilər qalır yerində və kənardan idarə olunurlar.

Hörmətli, Cənab Prezident,
Hörmətli, Muxtar Babayev,

ETSN-nin Sabirabad Regional Meşə Təsərrüfat Mərkəzinin müdiri Elxan Əsgərov 15 ildə dövlət büdcəsini xeyli mənimsədi. Nazirlikdə havadarlarının vasitəsi ilə köhnə əməllərini davam etdirir.

İdarələrdə öz qohumlarını, kimin adamı, pulu var onları yerləşdirir. Vicdanlı, iş təcrübəsi olan insanları hərəyə bir ad qoyaraq işdən uzaqlaşdırır.

Hörmətli, Cənab Prezident,
Hörmətli, Muxtar Babayev,

Xahiş edirəm, bu məsələni nəzarətə götürəsiz, gördüyünüz saysız uğurlu işlərin, dövlətə və millətə fədakar xidmətin fonunda bəzi məmurların və dövlət qurumlarının yol verdiyi ciddi nöqsanlar vətəndaşlarda süni narazılıq yaradır və görülən işlərin də üzərində kölgə salır.

İnanırıq ki qısa vaxtda günahkarlar layiqli cəzasını alacaq və dövlətə cəmiyyətə gərəkli olan bu cür nazirlikdə məhz dövlətini xalqını sevən vicdanlı iş təcrübəsi olan insanlar çalışacaq. İnanırıq ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə qalib gələcəyik”.

P.S. Məsələ ilə bağlı ETSN-nin Sabirabad Regional Meşə Təsərrüfat Mərkəzinin müdiri Elxan Əsgərovla əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfində mövqeyində ictimailəşdirməyə hazırıq.