QIZIM

20:37 24-04-2021 711

 

Səni bəxş eylədi yaradan mənə,
Taleyimdə açan cicəksən qızım.
Nə gözəl yaradıb Allahım səni,
Nə qədər gözəlsən, göyçəksən, qızım.

Ürəyim səninlə səadət bulur,
Sən varsan,sevincdən gözlərim dolur.
Çiçəklər utanır,saçını yolur,
Sanki göydən enən mələksən,qızım.

Sən mənim musiqim,səsim,avazım.
Çiçəkli baharım,nəğməli sazım.
Alnıma yazılan ən xoşbəxt yazım.
Sinəmdə döyünən ürəksən,qızım.

Bu gün bir övladsan, sabah bir ana,
Bir can verəcəksən canından cana.
Səadət bəxş elə sən öz yuvana.
Bir evə,ocağa gərəksən, qızım.

Başında tac olsun hər vaxt qeyrətin.
Namusun,ismətin olsun sərvətin.
Qoy sənə yar olsun saf məhəbbətin,
Ən böyük arzusan,diləksən qızım.


Yan ülvi sevginin, eşqin oduna,
Yalnız bu saflığın catar dadına .
Hörmət et qürurlu qadın adına.
Səmada parlayan günəşsən, qızım.

Mələk