Mən bu nakam məhəbbətdən küsmüşəm.

20:42 24-04-2021 666

 

Puç olub taleyim,sönüb günəşim,
Məni ağlar qoyan bəxtdən küsmüşəm.
Qəlbim külə dönüb,sönüb atəşim,
Kəsilən peymandan,əhddən küsmüşəm.

Çox sevmişdim,inanmadı eşqimə,
Mən ağladım,zalım güldü dərdimə.
Unutmaqçün cox yalvardım qəlbimə,
Məndən qaçan seadətdən küsmüşəm.

Onu sevdi ömür boyu ürəyim,
Zəhər oldu halal suyum,çörəyim.
Sərt oxuna tuş gəlmişəm fələyin.
Nalə çəkən bu həsrətdən küsmüşəm.

Ulu tanrım qara yazdı bəxtimi.
Qeəbim kaman,dərd oxuyur hər simi.
Mələk indi kimə desin dərdini?
Mən bu nakam məhəbbətdən küsmüşəm.

Mələk