Xanım İbrahimova XİN-də yeni təyinat alacaq?

21:42 24-04-2021 243

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev dünən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfirinin vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Xanım İbrahimova yaxın vaxtlarda XİN-də yeni təyinat alacaq. Yayılan məlumata görə,  5 gün əvvəl Abel Məhərrəmovun oğlunun yerinə İspaniyaya səfir təyin olunan xarici işlər nazirinin keçmiş müavini Ramiz Həsənovun yeri boşdur və Xanım İbrahimova bu vəzifəyə təyin oluna bilər.

Onu da qeyd edək ki, araşdırmaçı jurnalist Cavanşır Həsənli facebook səhifəsində ötən il Xanım İbrahimovanın Nyu-Yorkun mərkəzində 3 mənzil alması barəsində yazı yazmışdı.

Həmin yazı da araşdırmaçı jurnalist Cavanşır Həsənli bildirmişdi ki, Azərbaycanın İsveçrədəki keçmiş səfiri Xanım İbrahimovanın və həyat yoldaşının daha bir əmlakı Nyu-Yorkun Bergen səmtində - 1111 RIVER ROAD Block 33, Edgewater Boro ünvanlndadır: 

"Bu mənzil də 2016-cı ildə 152 min dollara xanım diplomatın həyat yoldaşı Aydın Hüseynovun adına alınıb. BMT-nin Baş Qərargahı yaxınlığında yerləşən və bundan haqqında söz açdığım digər mənzil də 2016-cı ildə 165 min dollara alınmışdı.

Üçüncü mənzil isə (ünvan: 500 Central Ave Apt 213 Union City) 2015-ci ilin oktyabrında 159,999 dollara alınıb. Bu mənzil də xanım diplomatın və həyat yoldaşının adınadır.

 

erin menzil

Ümumilikdə səfir və həyat yoldaşı 2015-ci ilin oktyabrından 2016-cı ilin mart ayına qədər, 6 ay ərzində 3 mənzilə 477 min dollar ödəyiblər. Öncə qeyd etdiyim kimi cənab Hüseynov ABŞ-dakı şirkətlərdə çalışdığını və Nyu-Yorkda neçə belə əmlak aldığını, bunun şəxsi məsələ olduğunu bildirib."

 

Sonra araşdırmaçı jurnalist Cavanşır Həsənli facebook səhifəsində yazmışdı ki, o həmin ərəfədə xanım səfir mətbuatda yayılan xalça qalmaqalını şiddətlə təkzib etsə də, ABŞ-da aldığı mənzillər haqqında susmuşdu: "Görünür, o da Elmar Məmmədyarov kimi bu məsələni şəxsi iş hesab etmişdi. Bu ilin əvvəlində mənə çatan məlumata görə, saytlardan özü ilə bağlı məlumatları sildirmək üçün yüksək vəzifəli şəxslərdən birinin adından minnətçilər salmışdı."

 

menzil

menzil1

menzil2

menzil3

menzil4

menzil5

 

P.S. Məsələ ilə bağlı Azərbaycanın İsveçrədəki keçmiş səfiri Xanım İbrahimovayla əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəf kimi adı çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.

Müəllif Cavanşır Həsənli